AZ
RUS ENG

 


 
Xəbərlər
Haqqımızda
Xidmətlər
Həkimlər
Partnyorluq
Videolar
Qalereya
Vakansiyalar
Online Randevu
Əlaqə

İmplant Estetik Tibb Mərkəzi

 
İmplant Estetik Tibb Mərkəzi

İmplant Estetik Tibb Mərkəz 2009-cu fəaliyyətə başlamışdır. Mərkəzdə Almaniya, Türkiyə, Ukrayna və Rusiyanın ən müasir klinikalarında təkmilləşdirmə kursları keçmiş mütəxəssis həkimlər tərəfindən yüksək keyfiyyətli müayinə və müalicə xidmətləri həyata keçirilir. Artıq klinikamızda beynəlxalq standartlara uyğun tibbi xidmət və idarəetmə prinsiplərinin bünovrəsini qoyaraq, ilkin hədəflərə çatmışıq. Bunun ən böyük nümunəsi beynəlxalq standartlara uyğun tibb xidmətlərinin kodlaşdırılması, həkim əməyinin bal sisteminə görə tənzimlənməsi, xəstəxanada kompüter proqramının yerləşdirilməsi, tibbi sığorta, tibbi və inzibati əmək şəraitinin yaxşılaşdırılması, xəstənin məmnuniyyətini özünə hədəf seçən çağdaş klinika idarəetmə anlayışının gətirilməsidir. Təbii ki, bu günə qədər gördüyümüz işlər qarşımıza qoyulan ali məqsədin bir hissəsi olduğunu dərk edir və bundan sonrakı fəaliyyətimizin bünövrəsini qoyduğumuz sistemin işlərini mükəmməlləşdirməkdən ibarət olacağına inanırıq.

Bu gün İmplant Estetik Tibb Mərkəzinin göstərə bildiyi tibbi xidmətlər aşağıdakılardır:

Terapiya, Stomatoloji ortopedik restavrasiya, Ortodontiya, Endodontiya, Oral cərrahiyyə, Paradontologiya, İmplantologiya, Rentgen, Fizioterapevtik, Üz-çənə, Plastik və estetik cərrahiyyə, Lor müayinəsi, Endoskopik müayinə, Nevrologiya, Loqopedik müayinə, Harmoniya sağlamlıq və bərpa kabineti.

Nəyə görə məhz İmplant Estetik Tibb Mərkəzi?
1. Operativ və komfortlu xidmət
2. Steril şərait
3. Başqa klinikalarda baş vermiş fəsadların aradan qaldırılması
4. Hər bir pasiyentə fərdi yanaşma
5. Gülərüz personal
скачать dle 11.0фильмы бесплатно

 
  Oxunma sayı : 82 | 29-10-2016, 16:44  





  SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZ