AZ
RUS ENG

 


 
Xəbərlər
Haqqımızda
Xidmətlər
Həkimlər
Partnyorluq
Videolar
Qalereya
Vakansiyalar
Online Randevu
Əlaqə

Təbəssüm

 
Təbəssüm

Təbəssüm sadə bir şeydir. Lakin bəzi insanlar gülümsəməkdən çəkinir və utanır. Bir çox hallarda bunun səbəbi əyri, bir birinin üstünə "çıxan" dişlərdir.

Belə dişlər tək kosmetik defekt deyil. Ağız boşluğunda düzgün yerləşməyən dişlər damaqları zədələyir, nəticədə qinqivit əmələ gəlir. Daha ağır fəsad — paradontitdir. Bu çox təhlükəli xəstəlikdir ki, bunun nəticəsində hətta sağlam dişlər laxlamağa başlayır və düşür. Bundan əlavə sıx yerləşən dişlərin keyfiyyətli təmizlənməsi mümkünsüz olur ki, nəticədə karies inkişaf edir.

Bu vəziyyətdən çıxış yolu breketlərin (və ya breket-sistemlərinin) istifadə edilməsidir. Breketləri həkim-ortodont təyin edir.

Breketlər müxtəlif olur:

— linqval breketlər (dişlərin arxa tərəfində bərkidilir). İnsan danışdıqda bu breketlər görünmür. Breketlər arasında bu növ ən bahalıdır.

— sapfir breketlər (şəffafdırlar, dişlərin xarici tərəfindən bərkidilir).

— metal breketlər (dişlərin xarici tərəfindən bərkidilir).

— keramik breketlər (ağ rəngdədir, dişlərin xarici tərəfindən bərkidilir).

— rəngli breketlər (plastikdən hazırlanır, müxtəlif rənglərdə olur).

Breketlərin qiymətləri müxtəlifdir. Sizə uyğun olan breket-sistemini sizin istəklərinizi nəzərə alaraq həkim-ortodont seçir.

Breketlərin taxılmasından əvvəl həkim bütün dişlərin vəziyyətini qiymətləndirməlidir və lazım olduqda müalicə etməlidir. Karies, çatlar, diş daşı, bruksizm (yuxuda dişlərin bir birinə sürtməsi) breket-sistemlər üçün əks göstərişdir. Bu səbəbdən karies müalicə olunur, diş daşları təmizlənir, zədələnmiş dişlər bərpa olunur. Daha sonra həkim-ortodont dişlərin peşəkar təmizlənməsini aparır, xüsusi məhlulla emal edir, hər dişə yapışqan çəkir və breket (keramikadan, metaldan və s.) bərkidir. Breket-sistemlərin əksəriyyəti dişlərin xarici səthlərində quraşdırılır.

Daha sonra breketlərin içərisindən xüsusi çox bərk metal qövs keçirilir ki, məhz bu qövs dişləri dartaraq onları lazım olan yerlərə «itələyir». Dişlərin sırası düzəldikcə qövs digərinə dəyişdirilir.

Breket-sisteminin bərkidilməsindən sonra insan müəyyən ağrılar və diskimfort hiss edə bilər. Lakin bir müddətdən sonra bu hisslər keçir. Əgər breketlər sizə çox güclü dözülməz ağrı verirsə, mütləq həkimə bu haqda xəbər verin. Müəyyən müddətlərdən sonra həkim-ortodont breket-sisteminin və dişlərin vəziyyətinə nəzarət etməli, dişləri təmizləməlidir. Breketlər dişlərdən 1 ildən 3 ilə kimi qala bilər. Bu müddət ərzində dişlər öz normal fizioloji yerini tutur və daha sonra bu vəziyyətdə qalır.
Təbəssüm

Əyri dişlərdə breketlər müxtəlif səviyyələrdə olur və «səliqəsiz» görünür. Lakin vaxt keçdikcə dişlər öz normal anatomik yerlərini tutur ki, nəticidə onlara bərkidilən breketlər da «nizama salınır».

Breketləri mütləq gündə 2 dəfə çox diqqətlə təmizləmək lazımdır. Bu çox vaibdir. Əgər breketlərin taxilması zamanı dişdə karies əmələ gələrsə, breketlər çıxarılacaq, həkim xarab dişi müalicə edəcək və sonra breket-sistemi yenidən quraşdırılacaq. Nəticədə siz vaxtınızı və pulunuzu itirəcəksiniz.

Breketlər adi qaydada deyil, daha diqqətlə təmizləyirlər. Xüsusi diş fırçası və diş məcunundan əlavə, xüsusi kiçik fırçalar, flos (diş sapı), diş yaxalayıcıları istifadə olunur.

13 yaşına kimi olan uşaqlarda dişlərin fizioloji olmayan vəziyyətini breket-sistemlərin deyil, xüsusi çıxarılan ortodontik plastinlərin köməyilə düzəldmək olar. Daha böyük yaşlarda yalnız çıxarılmayan breket-sistemlər kömək edə bilər. Breket-sistemlərin istifadəsi üçün yaş həddi yoxdur. Hətta 50-60 yaşında olan insan bu sistemin vasitəsilə hollivud təbəssümünün sahibi ola bilər.скачать dle 11.0фильмы бесплатно

 
  Oxunma sayı : 6 | 6-10-2017, 16:43  





  SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZ