AZ
RUS ENG

 


 
Xəbərlər
Haqqımızda
Xidmətlər
Həkimlər
Partnyorluq
Videolar
Qalereya
Vakansiyalar
Online Randevu
Əlaqə

Diş çəkiləndən sonra

 
Diş çəkiləndən sonra

Müasir stomatologiyada dişlərin çəkilməsi yalnız istisna hallarda tətbiq edilir.
Stomatoloqlar deyir ki, ən yaxşı və bahalı süni diş heç zaman təbii dişin yerini verə bilməz. Müasir stomatoloji metodikalar hətta qismən dağılmış dişləri bərpa etmək imkan verir.

Lakin bəzən dişi saxlamaq mümkün olmur və həkim xəstənin dişini çəkmək məcbur olur. Dişin çəkilməsi kiçik cərrahiyyə əməliyyatıdır — ağrısazlaşdırma tətbiq edilir, bəzən diş yuvasına tikişlər qoyulur, ağrısızlaşdıran və antibakterial preparatlar («antibiotik»lər) təyin edilir və s. Bu səbəbdən dişi çəkilən insan müəyyən qaydalara əməl etməlidir ki, qanaxma, iltihab kimi fəsadlar inkişaf etməsin.

— Diş çəkiləndən sonra 3 saat ərzində qida və maye qəbul etmək olmaz.

— Fiziki gərginliklər (xüsusilə əyilmək, ağır əşyaları qaldırmaq və s.), isti vanna, sauna əks-göstərişdir. Bu dişdən qanaxmaya səbəb ola bilər.

- Diş çəkiləndən sonra qarqara etmək olmaz. Bu ağrıların çoxalmasına və diş yuvasının daha gec sağalmasına səbəb ola bilər. 1-2 gündən sonra həkim xüsusi antiseptik preparatlarla olan qarqara təyin edə bilər.

— Adətən ağrısızlaşdıran preparatların təsiri keçdikdən sonsa çəkilmiş dişdə ağrılar əmələ gəlir. Bu zaman ketanov və solpadein kimi preparatlardan birini qəbul etmək olar (qida qəbulu zamanı, bol maye ilə birlikdə).

Əgər sizdə mədə xorası, qastrit kimi xəstəliklər varsa, dərmanın qəbulundan əvvəl həkimlə məsləhətləşin.

- Çox güclü ağrılar iltihabın başlanmasının əlaməti ola bilər. Bu fəsad adətən çətin hallarda xüsusilə molyar dişlərin (arxadakı dişlər) çəkilməsi zamanı inkişaf edə bilər. Ağrılar çox güclüdürsə və dişin çəkilməsindən sonra 2-3 gün ərzində davam edirsə, mütləq stomatoloqa müraciət edin. Diaqnoz təsdiq olunduqda, həkim yerli anesteziyanın köməyi ilə diş yuvasını qandan və infeksiya ocaqlardan təmizləyəcək, xüsusi antiseptik preparatlarla işləməsindən sonra diş yuvasına dərmanla olan tampon qoyacaq.

— Həkimin məsləhəti olmadan çəkilmiş dişə isti və ya soyuq kompreslər etmək olmaz. Bu fəsadların inkişafına gətirib çıxarda bilər.

— Qida yumşaq və ilıq olmalıdır. İsti, çox soyuq, bərk, istiotlu qidaları qəbul etmək olmaz.

- Diş çəkiləndən sonra siqaret çəkmək və spirtli içkiləri qəbul etmək olmaz. Bu pis vərdişlər diş yuvasının sağalmasına mane olur.

— Bəzi hallarda diş çəkilməsindən sonra stomatoloq xəstəyə hər hansı antibakterial preparat («antibiotik») təyin edir. Adətən bu sumamed, amoksiklav və s. kimi preparatlar olur. Bu preparatlar adətən antihistamin prepartlarla (klaritin, taveqil və s.) birlikdə təyin edilir.

Bəzi hallarda «antibiotik»lər xəstəyə dişin çəkilməsindən əvvəl (hazırlıq mərhələsində) təyin olunur. Əgər preparat sizdə allergik reaksiyaya səbəb olubsa (dəridə səpgilər, ödemlər, qaşınma və s.), preparatın qəbulunu dayandırın və bu haqda sizi müalicə edən həkimə məlumat verin.

Heç bir halda həkimin təyinatı olmadan antibakterial preparatları qəbul etməyin.

- Bəzən diş çəkilməsindən sonra evə qayıdan xəstədə təkrar qanaxma inkişaf edə bilər. Bu halda ilk tibbi yardım məqsədi ilə steril tənzifdən tampon düzəldin, onu diş yuvasına qoyun (tampon yanındakı dişlərdən hündür olmalıdır) və dişlərinizlə möhkəm sıxın. Daha sonra uzanın. Adətən bu sadə tədbirdən sonra qanaxma dayanır.

Qanaxmanı dayandırmaq mümkün olmadıqda, qanaxma çox güclü olduqda, dərhal stomatoloji klinikaya və ya xəstəxanaya müraciət edin.

— Diş çəkilməsi günü dişlərin təmizlənməsindən imtina edin. Ertəsi gün dişlərinizi adi qaydada yüngül (!) hərəkətlərlə təmizləyin. Diş fırçası mütləq təzə və yumşaq olmalıdır.

Diş yaxalayıcılardan istifadə etməyin. 2-ci gündən başlayaraq müalicəvi bitkilərlə olan sərin vannalar etmək olar. Bunun üçün adaçayı, palıd qabığı, dazı, çobanyastığı kimi otlardan birinin 1 xörək qaşığını 1 stəkan qaynar suda dəmləmək, soyutmaq, süzmək və sonra bu dəmləməni ağızda çəkilmiş diş tərəfində saxlamaq lazımdır. Belə vannalar antiseptik effekt verir və diş yuvasının daha tez sağalmasına kömək edir.скачать dle 11.0фильмы бесплатно

 
  Oxunma sayı : 10 | 29-11-2017, 19:16  





  SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZ