AZ
RUS ENG

 


 
Xəbərlər
Haqqımızda
Xidmətlər
Həkimlər
Partnyorluq
Videolar
Qalereya
Vakansiyalar
Online Randevu
Əlaqə

Fizioterapiya nədir?

 
Fizioterapiya nədir?

Adları sadalanan fizioterapevtik prosedurlar klinikamızda həyata keçirilir.
UVC - Toxumaların bütün qatlarına birbaşa təsir edilməsinə əsaslanır. Metod iltihab mənbəyini sağlam toxumalardan seçmək bacarığı ilə fərqlənir və orqanizmin müdafiə qüvvələrini aktivləşdirir, infeksiya ilə mübarizə aparmaqda yardımçı olur, faqositoz reaksiyasını gücləndirir. Belə terapiya toxumalardakı qan dövranını yaxşılaşdırır, iltihab əleyhinə, şiş əleyhinə, ağrıkəsici, spazmalitik, təsir göstərir.

Elektrofarez - Dərman maddəsinin və ya kosmetik vasitənin elektrik cərəyanı vasitəsilə yeridilməsidir. Bu maddələr elektrik sahəsinin təsiri ilə dəriyə nüfuz edərək depo əmələ gətirir, limfa vasitəsilə dərindəki toxumalara keçərək müalicəvi təsir göstərir. Proseduranın effekti istifadə olunan maddənin farmakoloji təsirinə əsaslanır. Əgər yeridilən maddənin hansı qütbdən yeridilməsi məlum deyilsə adətən müsbət qütbdən istifadə edilir.

Amplipuls - Amplipulsterapiya –elektriklə müalicənin müasir metodlarından biridir. Bu halda xəstəyə kiçik güclü dəyişən sinusoidal modulyasiya edilmiş elektrik cərəyanı ilə təsir edilir. Onlar özündə hüceyrəni hərəkətə gətirmə təsiri olan yüksək və aşağı tezlikli cərəyanın imkanlarını cəmləndirirlər. Bu metod eninə-zolaqlı əzələləri, həm də tənəffüsü, həzm yolunun işini, sidik axarlarının hərəkətliliyini (peristaltika) onların köməyi ilə elektrostimulyasiya etməyə imkan verir.

Darsonval - Yüksək tezlikli dəyişkən cərəyan darsonvalizasiya zamanı istifadə olunur. Darsonvalizasiya dərinin tonusunu, qan və limfa dövranını yaxşılaşdırır. Quruducu və iltihabəleyhinə təsir göstərdiyindən təmizləmə proseduralarından sonra və sızanaqların müalicəsində istifadə olunur. Qan dövranını yaxşılaşdırdığından saç tökülmənin müalicəsində yaxşı effekt verir.

İnqalyator - Müаlicə-prоfilaktika məqsədilə müxtəlif dərmаn, yaxud biоlоji fəаl mаddələrin tənəffüs vasitəsilə оrqаnizmə verilməsidir. Təbii və süni inqalyasiyalar məlumdur. Təbii inqalyasiyaya uzun müddət hаvаdа gəzmək,aerоiоn hаvаsı ilə nəfəs аlmаq (dаğ hаvаsı və s.) аiddir. Suni inqalyasiya zаmаnı nəfəs аlınаn hаvа dərmаn mаddələri ilə zəngin оlur və nisbətən mürəkkəb аpаrаtlаrdаn istifаdə edilir.
İоnlаşdırılmış hаvа (mənfi, yaxud müsbətaerоiоnlаrlа zənginləşdirilmiş) оrqаnizmin bir sırа funksiyаlаrınа müsbət təsir göstərir. Bunа görə də bəzi xəstəliklərin müаlicəsində, xüsusən tənəffüs yоllаrı xəstəliklərində inqalyasiyadаn geniş istifаdə edilir. Dərmаn mаddələri aerоzоl hаlındа verildikdə aerоzоl hissəcikləri elektriklə yükləndiyindən оnun fаrmаkоlоji təsiri güclənir və müаlicənin səmərəliliyi аrtır.
İnqalyasiya sulu məhlullаrlа, dərmаn hissəciklərinin səpilməsi — tоzlаnmаsı yоlu ilə аpаrılır. Sаdə aerоzоlterаpiyа və yаxud elektroaerоzоlterаpiyа аpаrmаq üçün müxtəlif quruluşlu sаdə və mürəkkəb, pоrtаtiv və stаsiоnаr tipli аpаrаtlаrdаn istifаdə edilir. İnqalyasiya əsаsən üç istiqаmətdə təsir göstərir: а) işlədilən dərmаnmаddələrinin fаrmаkоlоji təsiri; b) elektrik yüklü hissəciklərin təsiri; v) aerоzоl buxаrlаrının hərаrətinin təsiri. Inqаlyаsiyа yolu ilə verilən аerоzоllаr tənəffüs yоllаrının selikli qişаlаrındаkı reseptоrlаr vаsitəsilə, sinir-reflektоr yоllа, həm də selikli qişаlаrdаn sоrulub qаnа keçməklə оrqаnizmə təsir göstərir.

Ultrasəs - Ultrasəsin müalicəvi effekti yüksək tezlikli səs dalğalarına (0. 5-3. 5 MHz) tətbiqinə əsaslanmışdır. Ultrasəs dalğalarının əzələ, oynaq və sümük kimi toxumalara nüfuz edərək hüceyrə səviyyəsində mikromassaj həyata keçirir və yerli mübadilə, eliminasiya proseslərini sürətləndirir, spazmolitik və iltihab əleyhinə təsir göstərir.
Ultrasəs vasitəsilə problemli nahiyəyə müxtəlif dərman maddələri yeridilə bilirnir ki, buna da fonoforez deyilir. Bu zaman müalicəvi preparatlar daha dərin toxumalara nüfuz edir ki, nəticədə müalicənin effektivliyi yüksəlmiş olur.скачать dle 11.0фильмы бесплатно

 
  Oxunma sayı : 31 | 5-02-2018, 17:16  





  SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZ