AZ
RUS ENG

 


 
Xəbərlər
Haqqımızda
Xidmətlər
Həkimlər
Partnyorluq
Videolar
Qalereya
Vakansiyalar
Online Randevu
Əlaqə

9 fevral Beynəlxalq Stomatoloqlar günüdür

 
9 fevral Beynəlxalq Stomatoloqlar günüdür


Stomatoloq ən qədim peşələrdən biridir. Arxeoloqlar qazıntılar zamanı bu qədim sənətin nümayəndələrinin fəaliyyətlərinin çoxsaylı sübutlarını aşkar etmişlər. Qalıqlar e.ə. 7 min il əvvələ təsadüf edir. Bayramın özü isə nisbətən gəncdir. O, müqəddəs İskəndəriyyəli Appoloniyanın gününə təsadüf edir. O, işgəncələrə və sürgünlərə məruz qalmış, onun atributları isə dişlər və kəlbətin olmuşdur.

9 fevral Beynəlxalq Stomatoloqlar günüdür


Qədim zamanlarda dişlərin müalicə üsulu olduqca sadə idi. Əksər hallarda onlar sadəcə olaraq, çəkilirdilər. Ağrısızlaşdırmanın insanlara yalnız 19-cu əsrdə məlum olduğunu nəzərə alsaq, əməliyyatlar o qədər də asan keçmirdi. Lakin Qədim Misir stomatoloqları hətta plomb da qoya bilirdilər. Təəssüf ki, qədim yazılarda plomların materialları haqqında məlumat yoxdur. Lakin düşünürəm ki, əgər misirlilər piramidaları inşa edə bilmişdilərsə, plomb onlar üçün uşaq oyuncağı idi. Dəqiq məlum olan isə ilk diş məcununun da misirlilərə aid olmasıdır. Onlar onu süngər daşları tozundan, yumurta qabığından, mirra və küldən hazırlayırdılar.

9 fevral Beynəlxalq Stomatoloqlar günüdür


Orta əsrlərdə insanlar qədim misirlilərin və romalıların nailiyyətlərini ya unutmuş, ya da dərk edə bilməmişdilər. Onlar sadəcə dəmirçi kəlbətini ilə narahatlıqverən dişləri çıxarırdılar. O zaman hələ Stomatoloq sənəti heç mövcud da deyildi. Bu işlə dəlləklər və hamamçılar məşğul olurdular. Çimdin, təraş olundun, yeri gəlmişkən dişini də çəkirdilər.

Stomatologiyada ilk böyük sıçrayış bor maşının kəşfi oldu. Onu Corc Vaşinqtonun şəxsi stomatoloqu Con Qrinvud kəşf etmişdi. Lakin patenti Ceyms Morrison aldı.

9 fevral Beynəlxalq Stomatoloqlar günüdür


Stomatoloqlar əsrlər boyu nəyinki dişlərin plomblanması, ağrısız müalicəsinin yeni üsullarını fikirləşib tapmış, onlar hətta elektrik stulunu da kəşf etmişlər. O stomatoloqun adı Albert Sautvik idi. O, elektriki ağrısızlaşdırma məqsədilə istifadə etmək istəyirdi, lakin tarix başqa cür qərar verdi.скачать dle 11.0фильмы бесплатно

 
  Oxunma sayı : 6 | 9-02-2018, 11:04  





  SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZ